Mbappe dünyanın gözlədiyi sualı cavablandırdı: "Rəsmən bu klubun oyunçusu olacağam"

Mbappe dünyanın gözlədiyi sualı cavablandırdı: "Rəsmən bu klubun oyunçusu olacağam"

PSJ-nin hücumçusu Kilian Mbappe gələcək komandası barədə dünyanın intizarla gözlədiyi sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, ulduz forvard "RMC Sport"-a açıqlamasında belə deyib:

“Çox yaxında yeni klubumla bütün məsələlər həll olunacaq. Bir neçə günə rəsmən bu oyunçusu olacağam. Mən buna çox şadam, xoşbəxtəm. Bir neçə gün gözləmək lazımdır.

Çempionlar Liqasının finalında kimə azarkeşlik edəcəm? Mən sadəcə futbola baxacağam”.

Mbappenin "Real Madrid"ə keçəcəyi gözlənilir. Fransız futbolçu bu yay müqaviləsi başa çatdıqdan sonra parisliləri tərk edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər