Mbappe Deşamla Enrikeni müqayisə etdi

Mbappe Deşamla Enrikeni müqayisə etdi

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe parislilərin çalışdırıcısı Luis Enrike və millinin baş məşqçisi Didye Deşamla işləməkdən danışıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçunun dediklərini "Get French Football News" belə çatdırıb:

“Deşam rəqiblərinə necə uyğunlaşacağını bilir, bu o deməkdir ki, mən komandada fərqli oyunçu oluram. Bu, mənə diapazonumu genişləndirməyə imkan verir. 

PSJ-də isə məşqçi mənə sol cinahda tam hərəkət azadlığı verir. Ancaq Luis Enrike oyunuma nisbətən daha çox nizam verir. Mən bütün bu nümunələrə uyğunlaşıram. İki gözəl məşqçim var, onları dinləmək mənə xoşdur”.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər