Mariya Şarapovadan möhtəşəm geri dönüş

Mariya Şarapovadan möhtəşəm geri dönüş

Diskvalifikasiya müddəti başa çatan Mariya Şarapova kortlara geri dönüb. Fanat.Az xəbər verir ki, rusiyalı tenisçi "Stuttgart Open"də iştirak edir.

Onun cəzalandıqdan sonra ilk rəsmi matçdakı rəqibi italyan Robert Vinçi olub və qalib gəlib. Matç 7:5, 6:3 hesabıyla başa çatıb və tenisçilərin mübarizəsi 1 saat 43 dəqiqə davam edib. 

WTA reytinqində 36-cı olan 34 yaşlı Vinçi rusiyalı raketka ustasına bu turnirə qatılmaq üçün "wild card" (xüsusi dəvətnamə) verilməsini, habelə Romadakı turniri sərt tənqid etmişdi. 15 aylıq diskvalifikasiyadan sonra karyerasını bərpa edən 30 yaşlı Şarapovaya "wild card" verilməsini polyak teniçsi Aqneşka Radvanska və britaniyalı Endi Mürrey də tənqid ediblər.

Mariya Şarapova oyundan sonra qələbəsini şərh edib: "Bu möhtəşəm hissdi. Özümü balaca qız uşağı kimi hiss edirəm. Mən bunu çox gözləyirdim". 

Qeyd edək ki, Şarapovanın qanında qadağan olunmuş "meldonium" preparatı tapılmış və ötən ilin iyununda Beynəlxalq Tenis Federasiyası tərəfindən 2 illik diskvalifikasiya edilmişdi. Lakin ötən ilin oktyabrında İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı gözəlçənin cəza müddətini azaltmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər