Maradona: "Arvadını belə satar"

Maradona: "Arvadını belə satar"
Dieqo Maradona "Napoli"nin Qonzalo Hiquaynı "Yuventus"a satmasına münasibət bildirib. Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçu klub prezideneti Di Laurentiisin onu 94.7 milyon avroya satmasınının normal olduğunu deyib.
Buna baxmayaraq, Maradona Di Laurentiislə bağlı sərt sözlər səsləndirib: "Hiquayn gözəl bir mövsüm keçirib 36 qol vurmuşdu. Amma Di Laurentiis arvadını belə satar. "Yuventus"un bir hücumçuya ehtiyacı olduğunu gördü və bu fürsəti yaxşı dəyərləndirdi. Bizim zamanımızda hər şey fərqli idi. Geyindiyimiz forma sadiq idik. Amma indi pul daha önəmlidi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər