Futbol üzrə Argentina millisinin keçmiş oyunçusu, əfsanəvi Dieqo Maradona Canni İnfantinonun FIFA prezidenti seçilməsinə mənfi münasibətini gizlətməyib.
Maradona İnfantinonu satqın adlandırıb: “İnfantino satqındı və postunu tərk etməlidi. FIFA-ya qarşı iş hələ bağlanmayıb. O hər bir işdə Mişel Platini, Yozef Blatterə kömək edib və onların əməllərindən xəbəri olmayıb? Əgər bu həqiqətən belədisə, ya o axmaqdı, ya da qocadı”.
Keçmiş futbolçunun iddiasına görə, İnfantino keçmiş şefi Platinini müdafiə etmək üçün FIFA-ya prezident seçilib.
Xatırladaq ki, İnfantino fevralın 26-da FIFA prezidenti seçilib. İkinci turda onun lehinə FIFA üzvü olan 207 ölkədən 115-i səs verib. İsveçrəli ali futbol qurumuna növbəti 4 il rəhbərlik edəcək.(Publika.az)
Fanat.az