Maksim Medvedev - 300

Maksim Medvedev - 300

Azərbaycan Premyer Liqasının18-ci turu "Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.

Bu, "Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər