Mahirin komandasında zədə epidemiyası

Mahirin komandasında zədə epidemiyası

Mahir Emrelinin çıxış etdiyi "Legiya" sabah UEFA Avropa Liqası çərçivəsində "Lester"lə oyuna çıxacaq. 

Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava klubunun heyətində ciddi itkilər var.

Qapıçı Artur Boruçun “Lester”ə qarşı oynamayacağı bildirilir. Beləliklə, qapıda Çezari Mişta və Kasper Tobiaşdan biri dayanacaq. 

Bazar ertəsindən məşqləri bərpa edən Mayk Navroçki də komandasına kömək edə bilməyəcək. Keçən həftə məşqdə topuğundan zədə alan Lirim Kastratinin oynayıb-oynamağacağı isə sual altındadır. 

Qeyd edək ki, "Legiya"nın "Lester"lə görüşü sabah saat 00:00-da İngiltərədə baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər