Mahirin döyülməsiylə bağlı araşdırma başa çatdı

Mahirin döyülməsiylə bağlı araşdırma başa çatdı

Polşa polisi "Legiya"nın futbolçularının azarkeşlərin hücumuna məruz qalması ilə bağlı insidentin araşdırmasını başa çatdırıb.

Fanat.Az xəbər verir ki, hüquq mühafizə orqanları hadisə nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.

Şahidlərin dindirildiyi və heç kimin şikayətçi olmadığı bildirilib. Bu səbəbdən iş bağlanıb.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də "Legiya" Plotsk "Visla"sı ilə Ekstraklassanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna giriblər. Onlar Azərbaycan millisinin hücumçusu Mahir Emrelini, həmçinin braziliyalı futbolçu Lukinyası döyüblər. Nəticədə hər iki oyunçu klubdan ayrılmağı qərara alıb. Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna, Lukinyas isə ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər