Mahir oynamadı, komandası qələbə qazandı

Mahir oynamadı, komandası qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 28-ci turun oyunları çərçivəsində səfərdə “Slaven Belupo” ilə qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb.

Zədəli olan 25 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Dinamo Zaqreb” 57 xalla 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər