Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı

Mahir Mədətovun atası oğlu ilə aparıcı arasında yayılan xəbərdən danışdı

“Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətovun atası Anar Mədətov oğlunun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi və cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi barədə yayılan məlumatlara münasibət bildirib. 

Fanat.Az oxu.az-a istinadən xəbər verir ki, Anar Mədətov Mahir Mədətovla xanım aparıcı arasında sevgi münasibətləri olmadığını deyib: 

“Mahir “CBC Sport” telekanalına İslam Oyunlarından sonra gedib. Hər bir normal insan qonaq dəvət olunduğu verilişə, etiket qaydalarına uyğun olaraq hədiyyə - suvenir və ya gül dəstəsi ilə yollanır. Mahir də bunu ailəsindən öyrənib, o, müşahidə edib ki, valideynləri harasa yollananda hədiyyə ilə gedirlər. Onların arasında sevgi münasibətləri yoxdur. Biz Mahirin ünsiyyətdə olduğu insanları çox yaxşı tanıyırıq. Ümumiyyətlə, Mahir şou-biznes, televiziyadan uzaq qaçan insandır”.

Xatırladaq ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Danimarkanın “Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra gündəmə gəlib. Matç “Qarabağ”ın 1-0 üstünlüyü ilə başa çatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər