"Real Madrid" braziliyalı oyunçularından birini göndərmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, artıq "Kral klubu"nun vidalaşmaq istədiyi "sambaçı"nın adı açıqlanıb.
Bu barədə AS nəşri məlumat yayıb.
Xəbərə görə, müdafiəçi Vinisius Tobias "Real"ı tərk edəcək. "Şaxtyor"dan icarə əsasında heyətə cəlb edilən futbolçu geri göndəriləcək. İspaniya nəhəngi onun hüquqlarını Ukrayna klubundan almamaq qərarına gəliblər.
"Real" Vinisiusu 2022-ci ilin yayında icarəyə götürüb. 20 yaşlı müdafiəçi "Real"ın ikinci komandasında təcrübə toplayırdı. O, 59 oyun keçirib, qol vurmayıb. Onun icarə müddəti yayda başa çatır.
Mirağa