Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi

Mərkəz hücumçusu Alvaro Morata "Atletiko Madrid" ilə yeni müqaviləsi imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, tərəflər əməkdaşlığı 2027-ci ilin ortalarına qədər uzadıb. Moratanın paytaxt klubu ilə əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

31 yaşlı hücumçu bu mövsüm İspaniya çempionatında on oyun keçirib. Morata bu görüşlərdə yeddi qol və bir məhsuldar ötürmə edib. 11 matçdan sonra "Atletiko" La Liqa turnir cədvəlində dördüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər