“Milan”ın hücumçusu Luis Adriano “Spartak”a keçməyə yaxındır.
29 yaşlı braziliyalı futbolçuya təklif olunan 3.5 illik müqavilənin bütün şərtləri razılaşdırılıb. Adrianonun “Spartak”a keçəcəyi təqdirdə ildə 4 milyon avro qazanacağı bildirilib.
Futbolçunun Moskva klubuna qəti cavabı dekabrın 26-da verəcəyi iddia olunur.
Fanat.Az