Luçeskusuz 10-cu çempionluq

Luçeskusuz 10-cu çempionluq

"Şaxtyor" tarixində 10-cu dəfə Ukrayna çempionu adını qazanıb.

Fanat.Az xəbər verir ki, Ukrayna Premyer Liqasının "pley-off" mərhələsinin 6-cı turunun oyunlarından sonra "şaxtaçılar" çempionluğu təmin edib.

Donetsk təmsilçisi Xarkovdakı "Metallist" stadionunda keçirilmiş görüşdə "Zarya"nı məğlub edib - 3:2. Bununla da xallarını 75-ə çatdıran "Şaxtyor" birinci pillədəki yerini təmin edib. İkinci pillədə gedən Kiyev "Dinamo"su liderdən 17 xal geri qalıb. "Zarya" isə 42 xalla 3-cüdür.

Xatırladaq ki, bu göstəriciyə görə "Dinamo" liderdir. Kiyevlilər bu adı 15 dəfə qazanıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər