Türkiyə millisinin baş məşqçisi Miça Luçesku İslandiyaya 0:3 hesablı məğlubiyyətin günahkarlarını tapıb. Fanat.Az xəbər verir ki, rumın mütəxəssis biabırçı məğlubiyyətə görə futbolçuları günahlandırıb.
Oyundan sonra federasiya rəsmiləri ilə ayaqüstü söhbət edən Luçesku "Təəssüf ki, bu oyunda təcrübəli futbolçulara etibar etdim. Amma etimadımı doğrultmadılar. Bu da bizi məğlubiyyətə apardı" deyə baş məşqçi bildirib.
Türkiyə mətbuatının məlumatına görə, artıq təcrübəli futbolçulara güvənməyən Luçesku köklü dəyişikliklər etməyə, heyəti gənclərdən qurmağa qərar verib.
Qeyd edək ki, İslandiyaya 0:3 hesabı ilə yenilən Türkiyə "DÇ-2018"ə vəsiqə şansını itirib.
Fanat.Az