Ölkə prezidenti millinin uğurundan yazdı

Ölkə prezidenti millinin uğurundan yazdı

Argentina prezidenti Alberto Fernandes ölkənin futbol üzrə milli komandasının DÇ-2022-nin finalına yüksəlməsini dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, bu barədə ölkə rəhbəri rəsmi "Twitter" səhifəsində yazıb: 

"Bu oyunçular, bu məşqçilər korpusu və bütün heyət Argentina millisini ən yüksək nöqtəyə daşıyaraq dünya kubokunu inanılmaz etdilər. Onlar göstərdilər ki, şöhrətə gedən yol həmişə komanda səyindən keçir". 

Qeyd edək ki, Argentina millisi yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala adlayıb. Cənubi Amerika təmsilçisi həlledici görüşdə Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər