“Liverpul”un futbolçusu Joel Matip mövsümün qalan hissəsini buraxacaq.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, Premyer Liqanın 14-cü turunun “Fulhem”lə matçında zədələnən kamerunlu müdafiəçinin dizinin ön çarpaz bağının yırtıldığını bildirib:
“Təəssüf ki, ilk saniyədən gözlədiyimiz oldu. Onun öz çarpaz bağı yırtılıb. Bəxtimiz gətirmədi”.
Matipin “Liverpul”la müqaviləsi bu mövsümün sonunda başa çatır. O, bu mövsüm ümumilikdə 10 matçda meydana çıxıb.