Liderdən növbəti qələbə

Liderdən növbəti qələbə

I Divizionda XXVI turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Lider “Araz Naxçıvan” “Mingəçevir”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Zirə” ilə “Neftçi”nin əvəzediciləri isə heç-heçəyə razılaşıblar.

I Divizion XXVI tur 26 aprel

“Araz Naxçıvan” – “Mingəçevir” 2:0 Qol: Bayraməli Qurbanov, 16. Orxan Əliyev, 81. Naxçıvan Muxtar Respublika stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2” 1:1 Qol: Taleh Fərmanov, 66 – Aqşin Abazərov, 38. Binə qəsəbə stadionu, 15:00.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

“Turan Tovuz-2” – “Səbail-2” 0:2 “Şamaxı-2” – “İmişli” 2:1 “Qəbələ-2” – “Qaradağ Lökbatan” 0:1 “Sumqayıt-2” – “Zaqatala” 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər