"Bayern Münhen"in ulduz hücumçusu uğrunda mübarizəyə daha bir top-klub qoşulub.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"dir.
Mənbə "qırmızı şeytanlar"ın Polşa millisinin forvardını transfer etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Levandovski mayın 30-da karyerasının "Bayern Münhen" dönəminin başa çatdığını və Almaniya nəhəngini tərk etmək istədiyini açıqlayıb. O, son mövsümdə Münhen klubunun formasıyla bütün turnirlərdə 46 matça çıxaraq 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubuyla olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat