"Barselona"nın hücumçusu Robert Levandovski "Bayern Münhen" ilə qazandığı kuboklarla olan təsirli fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı polşalı fotoya belə şərh yazıb: “Biz birlikdə tarixi yaratdıq! Böyük komanda ilə səkkiz illik unudulmaz xatirələr! "Bayern Münhen"ə təşəkkür edirəm".

Levandovski 2014-2022-ci illərdə "Bayern Münhen"da çıxış edib. O, Almaniya nəhənglərinin heyətində 375 oyun keçirib, 344 qol vurub və 72 məhsuldar ötürmə verib.
O, iyulun 19-da "Barselona"ya keçib. “Transfermarkt”ın məlumatına görə, polşalı hücumçunun transferi İspaniya komandasına 45 milyon avroya başa gəlib.Robert yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Mirağa