"Borussiya"nın ulduzu Robert Levandovski ilə bağlı maraqlı xəbər yayılıb. Fanat.az xəbər verir ki Dortmund klubunun polşalı futbolçusunun "Bavariya" ilə anlaşdığı iddia olunub.
Polşalı bir jurnalistin bu barədə "Twitter"də məlumat yaymasından sonra Almaniya mətbuatı yeni məlumatlar əldə edib. Həmkarlarımızın iddiasına görə, "Bavariya" mövsümün sonunu - Levanın "Borussiya" ilə müqaviləsinin bitməsini gözləyəcək. Münhen təmsilçisi bununla polşalı ulduzu transfer haqqı ödəmədən heyətinə qatacaq.
"Bavariya" ilə 4 illik müqavilə bağlayacaq Robert hər ilinə görə 11 milyon avro maaş alacaq.
Qeyd edək ki, ötən mövsümün sonunda müqaviləsi başa çatan Mario Götze yeni anlaşma imzalamamış və "Bavariya"ya keçmişdi. Bu səbəbdən dortmundlu fanatlar onu "xain" elan etmişdi. İndi eyni aqibət Levanı gözləyir.
Fanat.az