İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Everton” baş məşqçi Frenk Lempardla yollarını ayırmağa hazırlaşır.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 19-cu turda “Brayton”a 1:4 hesablı məğlubiyyət klub rəhbərliyinin fikrini qətiləşdirib. Yaxın günlərdə 44 yaşlı mütəxəssislə yollar ayrılacaq.
“Everton”da Lempardı kimin əvəzləyəcəyi artıq müəyyənləşib. Hazırda ABŞ-nin “Di Si Yunayted” komandasına rəhbərlik edən və mersesaydlıların yetirməsi olan Ueyn Runi baş məşqçi vəzifəsinə təyin olunacaq.
Hesabında 15 xal olan “Everton” İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.