Leau Kassanonun tənqidinə təhqirlə cavab verdi

Leau Kassanonun tənqidinə təhqirlə cavab verdi

"Roma"nın sabiq futbolçusu Antonio Kassano "Milan"ın hücumçusu Rafael Leaunu tənqid edib. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz italiyalının sözlərinə sosial şəbəkələrdə paylaşım edərək reaksiya bildirib. 

Leau heç nə yazmasa da, Kassanonun sitatına yeddi “kloun” emojisi yerləşdirib. 

Həftəsonu "Milan" evdə "Leççe"ni 3:0 hesabı ilə məğlub edib, Rafael Leau komandasının qollarından birinə imza atıb. 

Ümumilikdə, portuqaliyalı hücumçu cari İtaliya çempionatının 27 matçında 6 dəfə fərqlənib. 

Qeyd edək ki, "Milan" hazırda İtaliya A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər