"Layptsiq" niderlandlı istedadı aparır

"Layptsiq" niderlandlı istedadı aparır
"Ayaks"ın hücumçusu Brayan Brobbi karyerasını böyük ehtimalla, Almaniya Bundesliqasında davam etdirəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunu "Layptsiq" transfer etməyə hazırlaşır. 
Amsterdam təmsilçisi ilə olan müqaviləsinin müddəti bu yay bitəcək Brayan klubunun onu qane etməyən yeni anlaşma təklifi geri çevirib. "Layptsiq" gənc forvard uğrunda mübarizədə Dortmund "Borussiya"sını üstələyərək istəyinə çatıb.
  
Qeyd edək ki, Avropada parlamaqda olan ulduz sayılan Brobbi bu mövsüm "Ayaks"ın əsas komandasında çıxdığı 5 çempionat oyununda 2 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər