“Bavariya” “Şalke”ylə bərabərə qalsa da, münhenlilərin kapitanı üçün əlamətdar olub. Fanat.Az xəbər verir ki, Filip Lam sadiq qaldığı klubun formasıyla 500-cü matçına çıxıb.
Mövsümün sonunda butslarını mıxdan asmağa hazırlaşan müdafiəçinin statistikası sadəcə, möhtəşəmdi: 500 oyun, bunlardan 477-si start heyətində, 333 qələbə, 16 qol və 58 məhsuldar ötürmə.
Fanat.Az