ÇL: "Qarabağ"ın rəqibi bilindi

ÇL: "Qarabağ"ın rəqibi bilindi

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutub.

Bu qarşılaşmalarla mərhələyə yekun vurulub.

Azərbaycan təmsilçisi “Qarabağ”ın da avrokuboklardakı növbəti rəqibi müəyyənləşib. Rəqib Minsk “Dinamo”su ilə “Ludoqorets”in duelində bəlli olub. Bolqarıstan təmsilçisi evdə qazanılan 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. Baxmayataq ki, "Ludoqorets: səfərdə - Belarus komandasının ev oyunu kimi istifadə etdiyi Macarıstanda uduzub. 

III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırıb (2:0, 5:0).

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunları 31 iyul

RFŞ (Latviya) - Budyo Qlimt (Norveç) 1:3 İlk oyun – 0:4

Midtyullann (Danimarka) - Santa Koloma (Andorra) 1:0 İlk oyun – 3:0

Makkabi Təl-Əviv (İsrail) - Styaua (Rumıniya) 0:1 İlk oyun – 1:1

Partizan (Serbiya) - Dinamo Kiyev (Ukrayna) 0:3 İlk oyun - 2:6

Yagellonya (Polşa) - Panevejis (Litva) 3:1 İlk oyun – 4:0

Dinamo Minsk (Belarus) - Ludoqorets (Bolqarıstan) 1:0 İlk oyun – 0:2

Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) 0:1 İlk oyun – 2:3  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər