ÇL-in ən çox qurtarış edən qapıçısı bilindi

ÇL-in ən çox qurtarış edən qapıçısı bilindi

Ukraynanın “Şaxtyor” klubunun qapıçısı Anatoli Trubin UEFA Çempionlar Liqasının III turunda ən çox seyv edən qolkiper olub. 

Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, çərçivə qoruyucusu "Real Madrid"lə ötən gecə baş tutan oyunda 19 dəfə komandasını qoldan xilas edib. Bununla belə, o, 2 qol buraxaraq komandasının məğlubiyyətinə mane ola bilməyib - 1:2.

Bu göstəriciyə görə, 2-ci yerdə 16 seyvlə “Ajaks”ın qapıçısı Remko Pasver qərarlaşıb. “Reyncers”li Allan Makqreqor ilk üçlüyü bağlayır. O, 15 seyvlə yadda qalıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər