ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bröyne layiq görülüb.

Belçikalı yarımmüdafiəçi səsvermədə İspaniyanın "Real" klubundan Vinisius Junioru, İtaliya "İnter"indən Nikola Barella ilə Henrix Mxitaryanı geridə qoyub.

Xatırladaq ki, belçikalı futbolçu “Real”la 1:1 hesablı heç-heçə etdikləri matçda komandasının yeganə qolunun müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər