Kyellini fikrini dəyişdi - Kapitan millidən də gedir

Kyellini fikrini dəyişdi - Kapitan millidən də gedir

"Yuventus"un müdafiəçisi Corco Kyellini mövsümün sonunda iş yerini dəyişə bilər.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu MLS klublarından birinə keçməyi planlaşdırır.

Mənbə "qoca sinyora" ilə olan müqaviləsinin müddəti 2023-cü ildə başa çatacaq Corconun İtaliya DÇ-2022-nin pley-off matçında Şimali Makedoniyaya uduzaraq (0:1) mundialdan kənarda qalandan sonra bu fikrə düşdüyünü açıqlayıb.

Xəbərə görə, Argentina və İtaliya arasında baş tutacaq Finalissima-2022 Kyellini üçün yığma formasıyla son görüş olacaq. İyunun 1-də "Uembli"də keçiriləcək həmin qarşılaşmadan sonra İtaliya seçməsinin kapitan sarğısını Leonardo Bonuççinin daşıyacağı bildirilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər