İtaliya çempionatının 1-ci turunda səfərdə "Verona"ya 0:3 hesabı ilə uduzan "Napoli"nin vingeri Xviça Kvaratsxeliya zədələnib.
Fanat.Az xəbər verir ki, gürcü futbolçu matçın ilk yarısının sonlarında xəsarət alaraq meydanı tərk edib.
Belə ki, qapıçı ilə təkbətək qaldığı epizodda qol şansını qaçıran Xviça üzünü tutaraq yerə yıxılıb. Tibbi yardımdan sonra oyunu davam etdirə bilməyən 23 yaşlı oyunçu baş məşqçi Antonio Konte tərəfindən Cakomo Raspadori ilə əvəzlənib.
Qeyd edək ki, Kvaratsxeliyanın "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat