Kurtua üçün mövsüm bitdi

Kurtua üçün mövsüm bitdi

"Real Madrid"in qapıçısı Tibo Kurtua yenidən ağır zədə alıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, 31 yaşlı belçikalı bugünkü məşq zamanı zədələnib və meydanı göz yaşları içində tərk edib. Təcrübəli qolkiper yeni zədə səbəbindən əməliyyat olunacaq. O, bu mövsümün qalan hissəsini də buraxmaq məcburiyyətində qalacaq. Kurtua martın əvvəlindən kollektiv çalışmalara qatılmışdı.

Qeyd edək ki, Tibo mövsüm ərəfəsində xaçvari diz bağlarından ağır zədə alıb və 2023/2024 "futbol ili"ndə "Real"a 1 matçda belə, kömək etməyib. 

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər