Kubokun bombardiri kim olacaq?

Kubokun bombardiri kim olacaq?

Həftəiçi Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, paytaxtdan kənarda keçirilən hər iki matçda Bakı komandaları minimal hesabla uduzublar.

"Neftçi" səfərdə "Turan Tovuz"a 0:1, "Səbail" isə "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub. Beləliklə, yarımfinalın ilk oyunlarında 6 qol vurulub ki, bu da son 14 mövsümün rekordunun təkrarıdır. 

Ümumiyyətlə, məhsuldar keçən hazırki kubok mövsümündə artıq 47 qol qeydə alınıb. Yarışa 14 komanda qatılsa da, qol sevincini yalnız 8 iştirakçı yaşayıb. Kubokun ən məhsuldar kollektivi 11 dəfə fərqlənən "Qəbələ", ən az qol vuran komandası isə "Qarabağ"dır (2).

Qəbələ - 11 Səbail - 10 Sabah - 7 Turan Tovuz - 6 Zirə - 4 Kəpəz - 4 Neftçi - 3 Qarabağ - 2

Qol sevinci yaşayan 8 komandadan isə 4-ü artıq mübarizəni kənardan seyr edir. Premyer Liqanı mükafatçı kimi başa vuracağı artıq dəqiqləşən "Qarabağ" və "Sabah", o cümlədən "Zirə" ilə "Kəpəz" çıxışını 1/4 finalda dayandırıb. Bu o deməkdir ki, sözügedən komandalardan heç kim kubokun bombardiri ola bilməyəcək.

Davam edən kubok mövsümündə 47 qol 37 futbolçunun ayağındadır. Ancaq onlardan 12-si bu sevinci daha yaşaya bilməyəcək. Başqa sözlə, 47 qolda imzası olanlardan 25-i yarımfinal iştirakçılarıdır və cavab oyunlarında, eləcə də finalda fərqlənmək imkanına da malikdirlər.        Onu da qeyd edək ki, rəqib qapısına yol tapan 37 nəfərdən cəmi 8-i 2 və ya üç qol vura bilib. Hələlik şərikli bombardir hərəyə 3 qolla "Sabah"lı Emanuel Apeh və "Səbail"li Franko Mazurekdir. Apehin artıq kubokda olmadığını nəzərə alsaq, Mazurek, eləcə də aktivində 2 qol olan "Qəbələ"nin 3 braziliyalı hücumçusunun - Rafael Utziq, Ramon Maçado və Felipe Santosun bombardirliyə yiyələnmək şansı kifayət qədər realdır.

Franko Mazurek (Səbail) - 3 Emanuel Apeh (Sabah) - 3 Rafael Utziq (Qəbələ) - 2 Ramon Maçado (Qəbələ) - 2 Felipe Santos (Qəbələ) - 2 Musa Qurbanlı (Qarabağ) - 2 Davit Volkov (Sabah) - 2 Fərid Nəbiyev (Kəpəz) - 2 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər