Kubokda 40-cı qələbə

Kubokda 40-cı qələbə

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.

Ağdam klubu 1/8 finalın ev matçında MOİK-ə qalib gəlib – 1:0. Xankəndidə keçirilən görüş mütəxəssis üçün yubileylə əlamətdar olub.

Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/09 mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər