Krivotsyukun komandası uduzdu

Krivotsyukun komandası uduzdu

Millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda VII turun görüşləri çərçivəsində səfərdə Lodz “Vidzev”i ilə qarşılaşıb. 

Krivotsyukun ehtiyatda qaldığı oyunda "Visla" 1:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, Plotsk təmsilçisi 7 turdan sonra 16 xalla 18 iştirakçı arasında zirvədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər