Kristof Qaltyenin oğlu saxlanıldı

Kristof Qaltyenin oğlu saxlanıldı

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Con Valoviç-Qaltye qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə Fransa polisi tərəfindən nəzarətə götürülüb.

Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, ilkin istintaq çərçivəsində Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları 6 nəfəri saxlayıb.

İş Nitsa prokurorluğunun nəzarəti altındadır. Hazırda şübhəlilərin və bu işdə iştirak edən şəxslərin evlərində axtarışlar aparılır. Qaltyenin oğlu bir neçə saatdır ki, polis idarəsindədir.

Qətərin “Əl-Duhail” komandasının hazırkı baş məşqçisi Kristof Qaltye bu ilin iyulunda PSJ-ni tərk edib. Parislilər onun rəhbərliyi altında Fransa çempionu və ölkə superkubokunun qalibi olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər