Almaniyanın “Ayntraxt” klubu Danimarka millisinin müdafiəçisi Rasmus Kristensenin keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.
27 yaşlı futbolçu 1 il müddətinə İngiltərənin “Lids” klubundan icarəyə götürülüb.
O, 2023-2024 mövsümünü icarə əsasında İtaliya təmsilçisi “Roma”da keçirib.
Kristensen Danimarka millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çıxış edib.