Argentina millisinin əfsanəsi Ernan Krespo (Hernan Crespo) baş məşqçisi olduğu "San Paulo" klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Braziliya təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib:
"San Paulo" klubu göstərilən peşəkarlıq, iş və fədakarlıq üçün Ernana və məşqçilər heyətinə təşəkkür edir. Komandaya çempionluq qazandırdığınız üçün xüsusi təşəkkürlər!"
Qeyd edək ki, Krespo 2021-ci ilin fevralında "San Paulo"nun baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda əyalət çempionu olub. "San Paulo" hazırda Braziliya A Seriyasında 13-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, 46 yaşlı mütəxəssisin adı İngiltərə təmsilçisi "Nyukasl" ilə hallanır. Bəzi nəşrlər iddia edir ki, "Nyukasl" rəhbərliyi onu baş məşqçi postunda görmək istəyir. Məhz bu səbəbdən Krespo komandanın uğursuzluğunu öz üzərinə götürüb və Braziliya klubunu tərk etməyə qərar verib.
Emin Şəmsiyev