Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.
ÇL-in III təsnifat mərhələsində "Portu”nu mübairəzədən kənarlaşdıran Rusiya "Krasnodar”ı Yunanıstanın "Olimpiakos” klubunun qonağı olub. Rusiya təmsilçisi bu oyunda darmadağınla üzləşib.
Xorvatiyanın "Dinamo” klubu Norveç "Rusenborq”unu qəbul edib. Qonaqlar Zaqrebdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.
İsveçrə "Yanq Boyz”u isə Serbiya "Srvena Zvezda”sı ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.
Çempionlar Liqası
Pley-off
İlk oyunlar
21 avqust
Dinamo (Zaqreb, Xorvatiya) - Rusenborq (Norveç) 2:0
Qollar: Bruno Petkoviç, 8-pen. Mislav Orsiç, 28.
Olimpiakos (Yunanıstan) - Krasnodar (Rusiya) 4:0
Qollar: Migel Gerrero, 30. Lazar Randeloviç, 78; 85. Daniel Podense, 89.
Yanq Boyz (İsveçrə) - Srvena Zvezda (Serbiya) 2:2
Qollar: Rocer Assale, 7. Guillaume Hoarau, 76-pen – Miloş Degenek, 18. Mateo Qarsiya, 46.
20 avqust
LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Hans Vanaken, 10-pen.
APOEL (Cənubi Kipr) – Ayaks (Hollandiya) 0:0
ÇFR (Rumıniya) – Slaviya (Çexiya) 0:1
Qol: Lukas Masopust, 28.
Fanat.Az