Rüştü Reçber: "Uzun müddətdi ki, siqareti tərgitmişəm"

Rüştü Reçber: "Uzun müddətdi ki, siqareti tərgitmişəm"
"Barselona"nın və Türkiyə millisinin sabiq qolkiperi Rüştü Reçber artıq koronavirusla mübarizədə kritik periodu geridə qoyub. O, müalicəsini evində davam etdirir.
Fanat.Az xəbər verir ki, Rüştü İspaniyanın "As" nəşrinə açıqlamasında hazırkı vəziyyəti barədə danışıb:
"Allaha şükürlər olsun ki, təhlükəli period geridə qaldı. İntensiv və uzun müalicə prosesi keçdim. İndi özüm yaxşı hiss edirəm, evdə karantindəyəm. Hər gün vəziyyətim daha da yaxşılaşır. Bu virusla zarafat etmək olmaz. Yaşınızdan asılı olmayaraq, koronavirusa yoluxa bilərsiniz. Hər kəs öz qayğısına qalmalıdı.
Uzun müddətdi ki, siqareti tərgitmişəm. Siqaret koronavirusla mübarizədə insanı daha da zəiflədir.
Tez-tez "Barselona" mətbuat xidmətinin rəhbəri mənə mesaj göndərir və prezident Jozep Bartomeunun səhhətimlə maraqlandığımı qeyd edirdi. İspaniyadan dəstək mesajları almağım məni sevindirir. Hamınıza təşəkkür edirəm. Ürəyim İspaniya ilə döyünür".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər