Konte istefa verə bilər: "Mənim də ambisiyalarım var"

Konte istefa verə bilər: "Mənim də ambisiyalarım var"

Son beş oyundan dördündə məğlub olan "Tottenhem"in baş məşqçisi Antonio Konte istefa verməyə hazır olduğunu deyib.

Fanat.Az xəbər verir ki, azarkeşlərindən üzr istəyən italiyalı mütəxəssis klubdakı gələcəyi ilə bağlı qərarı rəhbərliyin ixtiyarına verib.  

Heç vaxt belə uğursuzluq yaşamadığını bildirən Konte belə deyib: 

“Mən o qədər də yaxşı olmaya bilərəm. "Tottenhem" mənə vəziyyəti dəyişmək üçün şans verdi. Amma mən dürüstəm. Vəziyyəti dəyişmək üçün əlimizdən gələni edirik, lakin bu kifayət deyil. Beş oyunda dörd məğlubiyyət heç də yaxşı deyil. Məndə heç vaxt belə olmayıb.

Klubla danışmalıyam. "Tottenhem" vəziyyətini qiymətləndirmək məcburiyyətindədir. Düzgün həll yolu tapmalıyıq, itirməyə davam edə bilmərik. Hər kəsdən üzr istəyirəm. Burada məşqçilər dəyişir, amma oyunçular həmişə eyni qalır və nəticələr dəyişmir.

Mən istənilən qərara açığım, çünki "Tottenhem"ə kömək etmək istəyirəm. Gözümü yumub “maaşım yaxşıdır” deyə bu vəziyyətdə davam etmək istəmirəm, mənim də ambisiyalarım var".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər