"Çelsi”nin sabiq çalışdırıcısı Antonio Konte London klubundan böyük məbləğdə təzminat almaq niyyətindədi.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis londonlulardan 23 milyon avro tələb edir.
Rəhbərlik onun müqaviləsinə bu yaxınlarda xitam verdiyindən, Kontenin belə bir haqqı var. O, 13 milyonu anlaşmasına vaxtından əvvəl son qoyulmasına, 10 milyonu isə nüfuzuna zərbə vurulduğu üçün istəyib. Lakin klubun vəkilləri 49 yaşlı çalışdırıcını anlaşmanın şərtlərini pozmaqda günahlandırır.
Qeyd edək ki, cari mövsümün əvvəlində Konteni qovan "Çelsi” komandanın "sükan”ını Mauritsio Sarriyə tapşırıb.
Fanat.Az