Konfederasiyalar Kubokunun püşkü atıldı

Konfederasiyalar Kubokunun püşkü atıldı

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkatma mərasimi olub. Mərasim Kazan şəhərində baş tutub.

Püşkatmanın nəticələrinə görə, A qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, B qrupunda isə Almaniya, Çili, Avstraliya və Afrika Kubokunun qalibi mübarizə aparacaq.

Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək.

Turnirin 16 oyunu Rusiyanın dörd şəhərində - Sankt-Peterburq, Kazan, Moskva və Soçidə keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər