Komandası üçün gözünü qurban verdi

Komandası üçün gözünü qurban verdi

"Beşiktaş”ın qolkiperi Fabri "Gənclərbirliyi” ilə oyunda ciddi zədə alıb.

Fanat.Az xəbər verir ki, yaxşı oyunu ilə diqqət çəkən əlcək sahibi epizodların birində rəqib futbolçu ilə qarşı-qarşıya qalıb. Rəqibin zərbəsindən sonra top onun gözünə dəysə də qola izin verməyib. Buna baxmayaraq futbolçu sol gözündən zədə alıb.

Həkimlərin təxminən 5 dəqiqəlik müdaxiləsindən sonra oynamaq istədiyini bildirsə də sonradan görmə qabiliyyətində yaranan problem üzündən əvəzlənməsini istəyib və yerini ikinci qapıçı Tolqa Zənginə verməli olub.  Oyunun 43-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan qapıçı tribunalardan böyük alqışla yola salındı. "Beşiktaş”lı azarkeşlər ispaniyalı qapıçının lehinə alqışlar səsləndirdi. 

Müalicə üçün birbaşa paltardəyişmə otağıa yollanan qapıçı ardından xəstəxanaya aparıldı. Sol göz qapağında zədə meydana gələn Fabrinin durumunda ciddi problem olmadığı bildirilib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər