"Komanda sayı artırılsa, legioner limitinə baxılacaq"

"Komanda sayı artırılsa, legioner limitinə baxılacaq"

"Legioner limiti ilə bağlı müzakirələr hər zaman və hər yerdə gedir. İdeal formanı tapmaq çox çətin olur. Gündəlikdə olmasa da, müzakirələr aparırıq".

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Növbəti Konfrans və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Qurum rəsmisi bildirib: "8 komandalı çempionatda legioner limitini artırmaq olmaz. Bu halda klublar dərhal legioner sayını artıracaqlar. O zaman ziyanda Azərbaycan futbolçusu olacaq. Bu isə milli komandaya birbaşa təsir göstərəcək. 10 komanda olduqda isə imkanlar genişlənəcək. Çünki yerli futbolçu 9-10-cu komandaya transfer olacaq. İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ gündəliyə salınaraq, müzakirə olunacaq".

E.Məmmədov bildirib ki, legioner məsələsindən danışanda Qərbi Avropa ölkələrini misal göstərmək lazım deyil: "Çünki orada Avropa İttifaqı vətəndaşlığı var. Ona görə də futbolu Şərqi və Qərbi Avropaya bölmək lazımdır. Bizim futbolçu Avropada əcnəbi futbolçu sayılır".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər