Kolo Turenin yeni iş yeri müəyyənləşdi

Kolo Turenin yeni iş yeri müəyyənləşdi

İngiltərənin "Uiqan" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Çempionşip təmsilçisi Kolo Ture ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019-cu ilin fevral ayından "Lester"in məşqçilər korpusunda yer alan 41 yaşlı mütəxəssislə üç il yarımlıq müqavilə imzalanıb. 

Fil Dişi Sahilindən olan çalışdırıcı, səkkiz oyunluq qalibiyyətsiz seriyadan sonra noyabrın 10-da istefaya göndərilən Lim Riçardsonu əvəzləyəcək. 

Kolo Turenin yeni klubunda debütü dekabrın 10-da baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər