"Kokorini almaq mənim səhvimdir" - Klub rəsmisi

"Kokorini almaq mənim səhvimdir" - Klub rəsmisi

“Fiorentina”nın idman direktoru Daniele Prade 2021-ci ilin yanvarında rusiyalı hücumçu Aleksandr Kokorinin komandaya transferini özünün böyük səhvi adlandırıb.

Fanat.Az xəbər verir ki, "Calciomercato" futbol funksionerinin dediklərini belə çatdırıb:

“Kokorinin transferinə görə məsuliyyət daşımağa hazıram. Olduqca böyük səhvdir... Bu, mənim səhvimdir. Komandaya qazandırdığı ancaq sarı və qırmızı vərəqələr olub. Olan olub və bundan sonra ancaq irəli baxmaq lazımdır. Qeyd etmək istəyirəm ki, növbəti mövsüm özünü yaxşı tərəfdən göstərsə, futbolçu olaraq gələcəyi üçün şans qazana bilər”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər