Kokorin millətçiliyini boynuna aldı - SON DURUM

Kokorin millətçiliyini boynuna aldı - SON DURUM

Oktyabrın 8-də Moskvadakı kafelərin birində dava-dalaş salan Aleksandr Kokorin və Pavel Mamayev "Butırka” təcridxanasında zərərçəkənlərlə üzləşdirilib.

 

Fanat.Az xəbər verir ki, 8 dekabr tarixinə qədər sözügedən məkanda cəza çəkəcək futbolçuların yaratdığı insidentlə bağlı yeni faktlar üzə çıxıb. Yüksək vəzifəli məmurları – Denis Pakla Sergey Qaysini bir yox, bir neçə adamın vurması sübuta yetirilibsə, "Zenit”in hücumçusunun Paka qarşı millətçilik etdiyini boynuna alması vəziyyəti bir qədər də qəlizləşdirib. Kokorin asiyalının ünvanına təhqiramiz ifadələr işlətdiyini və ona qrup şəklində hücum çəkdiklərini etiraf edib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər