Klubunu atıb "Fiorentina" ilə anlaşmağa gəldi

Klubunu atıb "Fiorentina" ilə anlaşmağa gəldi
"Fiorentina" rəhbərliyi "Spetsia"nın çalışdırıcısı Vinçentso İtalyanonu baş məşqçi postuna gətirmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Canluka Di Martsio yayıb.
O, 3 həftə öncə "Spetsia" ilə yeni müqavilə imzalayan mütəxəssisin "bənövşəyilər"in rəsmiləri ilə görüşmək üçün Florensiyaya gəldiyini bildirib. Mənbə İtalyanonun müqaviləsindəki bəndi əsas gətirərək "Fiorentina"nın qarşı tərəfə 1 milyon avro ödəyəcəyini vurğulayıb.
Digər İtaliya mənbələrində isə daha yaxşı klubda işləmək istəyən Vinçentsonun artıq "Spetsiya"dan gələn zənglərə cavab vermədiyi barədə bir neçə məlumat var.
Qeyd edək ki, son mövsümdə A Seriyasında 13-cü olan "Fiorentina" Cennaro Qattuzo ilə müqavilə bağlasa da, o 20 gün öncə florensiyalılarla yolları ayırmışdı.
Atilla  
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər