Klublarla Elxan Məmmədov yenidən bir arada

Klublarla Elxan Məmmədov yenidən bir arada

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb.

Fanat.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə tədbirə Azərbaycan Premyer Liqasında çıxış edən 10 klubun hamısı qatılıb.

AZAL-ı eyni zamanda KK sədri olan Fikrət Hüseynov, "Qarabağ"ı Asif Əsgərov, "Zirə"ni Vüqar Astanov, "İnter"i Rəşad Qasımov, "Kəpəz"i Mikayıl Nərimanoğlu, "Qəbələ"ni Səbuhi Səfiyarlı, "Neftçi"ni Elnur Məmmədov, "Sumqayıt"ı Kamran Quliyev, "Xəzər Lənkəran"ı Tuyqun Nadirov, "Rəvan"ı İlqar Axundov təmsil edir.

Toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb.

AFFA Media Komitəsinin üzvləri də iclasa gəlib. 

 

Qeyd edək ki, bu, KK-nın 2016-cı ildə üçüncü iclasıdır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər