Türkiyə futbolunda daha bir qəribə hadisə baş verib. Fanat.az xəbər verir ki, bu dəfə "Kartalspor"un rəhbərliyi gündəmə gəlib.
Aşağı liqada mübarizə aparan komanda "Tarsus İdman Yurdu" ilə heç-heçə (1:1) oynadığı üçün liqanı tərk edib. Bu nəticədən sonra klubun rəhbərliyi məşqçilər korpusunu və futbolçularını avtobusa buraxmayıb. Bundan başqa onların təyyarə biletləri də ləğv edilib.
Belə durumda isə "Tarsus İdman Yurdu"nun rəhbərliyi araya girib və futbolçuları öz bazalarına dəvət ediblər. Qonaqların qarnını doyuran meydan sahibləri ardınca futbolçulara avtobus ayıraraq, hava limanına yola salıb.
Fanat.az